QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Başqan təbriki

`Qarabağ`ımız 21 ildən sonra Azərbaycan çempionu olaraq milyonlarla azarkeşini sevincə qərq etdi. Ən yaxın rəqibini məğlub edərək sona 2 tur qalmış qızıl medalları boynundan asmağı rəsmiləşdirən komandamızda heş şübhəsiz O, hər kəsdən daha çox sevinir. 11 ildir `Qarabağ`ın vitse-prezindeti olan Tahir Gözəl daim `Qarabağ`ın yanında olub. Nəinki yaxşı gündə eyni zamanda ən çətin məqamlarda da komandamıza dəstəyini əsirgəməyib. `İnter`lə görüşdən öncə komandamız 3 oyun qələbə qazana bilməyəndə başqanımız komandamıza ani ziyarətlə dəstəyini bir daha nümayiş etdirdi. Təəssüf ki, çox yaxın qohumunun ağır yol qəzasına düşməsinə görə ölkəni tərk etmək məcburiyyətində olan Tahir bəy `İnter`lə çempionluq matçını izləyə bilmədi. Amma oyunun gedişindən anbaan məlumat alan başqanımız məkan olaraq komandamızdan uzaqda olsa da ruhən komandamızın zəfər nəğməsini yaşadı. 90 dəqiqə ərzində oyun haqqında məlumat alan başqanımız yanımızda olmasa da öz müdhiş sevinciylə `Qarabağ`ın qələbəsini qeyd edirdi.
Tahir bəy oyun başa çatar-çatmaz baş məşqçimiz Qurban Qurbanovu aradı. 1 milyondan çox camiəsi olan komandanın illərdi bu uğuru gözlədiyini ifadə edib. Baş məşqçimizin timsalında bütün komandanı təbrik edən başqanımız `Qarabağ`ın camiəmizin təsəllisi, qürur mənbəyi olduğunu bildirib. Bu çempionluğu möhtəşəm olay kimi dəyərləndirən başqanımız uğurların davam etməli olduğunu söyləyib.  `Qarabağ` adını ən dolğun şəkildə, layiqli və qürurla Avrokubokda təmsil etməyin gərəkliyini vurğuladı.