QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Tahir Gözel Con van Loenlə görüşmüşdür

Məlum olduğu kimi AFFA tərəfindən `Qarabağ` FK aşağı yaş qruplarına Con van Loen texniki koordinator təyin olunmuşdur. Düz 1 ay bundan öncə klub başqanımız Tahir Gözəlin iştirak etdiyi valideyinlərin də qatılımıyla tədbir keçirilmiş və hollandiyalı mütəxəssis ictimayyətə təqdim olunmuşdur. Həmin gün başqanımız Tahir Gözəllə ayrılıqda görüş çərçivəsində Loen öz ideyaları və proqramı haqqında danışmış və ümumi perspektivlər müzakirələr olunmuşdu. Düz 1 ay sonra, yəni bugün Tahir bəylə Van Loenin təkrar görüşü baş tutmuşdur. Hollandiyalı mütəxəssis 1 ay ərzində gördüyü işlər, müşahidələri və ümumi durum haqqında başqanımıza məruzə etmişdir. Hollandiya millisinin sabiq hücumçusunun veridiyi raportu incələyən başqanla söhbət 2 saat davam etmişdir. Loenin görüləcək işlər, lazımı dəyişikliklər, mövcud durum və problemlərlə bağlı danışıb aşağı yaş qruplarının inkişaf konsepsiyası ilə fikir mübadiləsi aparmışdır. Loeni dinləyən Başqan hər bir məsələni ayrılıqda tədqiq etmiş Loenlə bu tipli görüşlərin mütəmadi olaraq keçiriləcəyini və aşağı yaş qruplarının iş sisteminin təkmilləşməsi üçün mümkün lazımi çalışmaların həyata keçiriləcəyini bildirmişdir.