QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ`ın çempionluq tədbiri - Fotolar

`Qarabağ`ımız 2013-2014 mövsümünü çempionluqla bitirdi. 21 il sonra gələn `qızıl`ı `Qarabağ`ımız `Ay işığı` restoranında qeyd etdi. `Qarabağ` camiəsi, `Qarabağ`sevərlər, çoxsaylı media mənsublarının qatılımıyla baş tutan tədbirdə hər şey vardı: Yemək, danışmaq, ürək sözləri, rəqslər, azarkeşimizdən Qarabağ şikəstəsi..
Öncəliklə, tədbirin aparıcısı sözü klubumuzun başqanı Tahir Gözələ verdi. Başqanın ürək sözündən sonra `Qarabağ`ımızın uğur yolunu göstərən rolik göstərildi. Ardınca, rəqslər, Qurban qurbanov danışdı, ağsaqqal yazarlar Rövşən Binnətli və Ürfan Məmmədli tarixi vərəqləyib xatirələrdən danışdılar.
PFL-in prezidenti Ramin Musayevin nitqinin ardından komandanın sadiq azarkeşi Ziyanın Qarabağ şikəstəsi hər kəsi feyziyab etdi. Başqanımız futbolçularla, azarkeşlərlə 1 illik çempionluq yolundakı yorğunluğunu musiqinin sədaları ilə rəqs edərək atdılar.
Çəkilən xatirə şəkilləri çempionluq  mərasimini daha da unudulmaz etdi.
Elə linkdəki şəkillərdən tədbirə virtual tur reallaşdıra bilərsiz:

http://qarabagh.com/1987/?name=photoview&phid=527&lang=1