QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Danilo Dias `Qarabağ`da

Danilo Dias `Qarabağ`da. Mövsüm başa çatar-çatmaz transfer çalışmalarına start verən komandamız ilk transferini reallaşdırıb. Komandamız Porutuqaliyanın `Maritimo` klubundan 28 yaşlı forvardı tarnsfer edib. Braziliyalı ön xəttin istənilən mövqeyində çıxış edə bilər. 2005-ci ildə karyerarasına ölkəsində başlayan forvard karyerasının ən uöurlu illərini də məhz sonuncu klubunda keçirib. Tibbi baxışdan keçdikdən sonra Danilo ilə 2 illik müqavilə bağlanılıb. Dias komandamızda 11 nömrəli futbolkanı geyinəcək. Dias saytımıza bunları dedi: `Çempion komandaya gəlmişəm. Üstəlik, komanda bu titulu qazandıqdan sonra ilk transferiyəm. Biirəm ki, bu vəziyyətdə məndən gözləntilər çoxdu. Təbii ki, bura uğur qazanmağa gəlmişəm. Bunun üçün hər şeyi edəcəm. Komandanın 1 parçası olmaq cox vacibdir. Çünki, uğurları ayrı fərdlər deyil komanda şəklində qazanmaq olar. Bilirəm ki, komandada mənə qədər 3 braziliyalı var. Həmvətənlərimin olması əlbəttə ki, adaptasiya baxımından üstünlükdür. Qarşıdan çempionlar liqası gəlir. Bu turnirə yaxşı hazırlaşmaq lazımdır. Azarkeşlərimizə sözüm odu ki, onlar sona qədər meydanda `Qarabağ` üçün döyüşən futbolçu görəcəklər.`