QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Tərlan Quliyev `Qarabağ`da

Baş məşqçimiz Qurban Qurbanovun transfer siyahısına uyğun olaraq komandamızın heyətinin gücləndirilməsi prosesi davam edir. Məşhur `Maritimo` klubundan transfer olunmuş Danilo Diasdan sonra daha bir transfer məsələsi yekunlaşdı. `Neftçi` Futbol Klubu ilə müqaviləsi davam edən futbolçu ilə bağlı danışıqlarımız sonda müsbət sonluqla başa çatdı. Beləliklə, Çempionlar Liqasına hazırlığını davam etdirən komandamız daha bir transferini reallaşdırdı. Komandamız `Neftçi` klubunun və Milli komandanın 22 yaşlı gənc müdafiəçisi olan Tərlan Quliyevi transfer etdi. Bu gün tibbi baxışdan keçdikdən sonra Tərlan ilə 3 illik müqavilə bağlandı. Tərlan saytımıza bunları dedi: ` Futbol karieramın inkişafında `Neftçi` Futbol Klubunun böyük əməyi olduğuna görə `Neftçi`Futbol Klubunun rəhbərliyinə təşəkkür edirəm.Yeni klubum olan `Qarabağ`a həm Çempionlar Liqasında həmdə Azərbaycan Premiyer Liqasında əlimdən gələn köməyi əsirgəməyəcəm.`

Uzun müddətli danışıqlardan sonra müdafiəçi Tərlan Quliyevin Klubumuza keçidinə razı olmuş `Neftçi` Futbol Klubunun rəhbərliyinə təşəkkürümüzü bildirir, onlara Avropa Liqasında uğurlar arzulayırıq.