QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ`ın təlim-məşq proqramı

Bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək `Qarabağ` Futbol Klubu artıq təlim-məşq toplanışına start verib. Qurban Qurbanovun yetirmələri hazırlıqların ilkin mərhələsini Bakıda keçirəcək.İyunun 21-dək paytaxtda hazırlaşacaq Qurban Qurbanovun komandası toplanışın ikinci mərhələsini Avstriyada keçirəcək. `Qarabağ` iyunun 22-si səhər saatlarında adıçəkilən ölkəyə yollanacaq və hazırlıqları orada davam etdirəcək.

Toplanış çərçivəsində `Qarabağ`mızın keçirəcəyi bir neçə yoldaşlıq oyunları təsdiqlənib.Belə ki, iyun ayının 23-ü Ukrayna çempionu `Şaxtyor Donetsk` ilə , 28-i isə Rusiyanı Avropa Liqasında təmsil edəcək `Krosnodar` klubu ilə qarşılaşacaq.