QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Cavid Tağıyev rəsmən `Qarabağ`da
Yeni mövsümün hazırlıqlarını davam etdirən `Qarabağ`ımız transfer çalışmalarını da sürdürməkdədir. `Qarabağ`ımız Danilo Dias, Tərlan Quliyevin ardından daha bir keçidi rəsmiləşdirib. `Qarabağ`ımız ölkəmizin gənc və istedadlı futbolçularından sayılan Cavid Tağıyevi transfer edib. 22 yaşlı Cavid Tovuz futbolunun yetirməsidir. Millimizin aşağı yaş qruplarının formasını geyinir. Yarımüdafiənin istənilən nöqtəsində oynamağı bacaran Cavidlə 3 illik müqavilə bağlanıb. İstedadlı yarımmüdafiəçi komandamızda 77 nömrəli formanı geyinəcək. Cavid saytımıza ilkin təəssüratlarını paylaşıb: `Bilirəm ki, çempion komandaya gəlmişəm. İddialı komandaya keçidimi irəliyə atılmış addım kimi qiymətləndirirəm. Sağ olsunlar, komandada məni mehriban qarşıladılar. `Qarabağ`dan təklif gələndə hara getdiyimi çox yaxşı anladım. Bilirəm ki, komandada istənilən mövqedə rəqabət var. Hər şey özümdən asılıdır. Məşqlərdə maksimum çalışıb özümü göstərməliyəm. Əgər Qurban Qurbanov məni komandasında görmək istəyibsə buna ancaq sevinə bilərəm. Onun və bütün `Qarabağ` camiəsinin etimadını doğrultmaq üçün var gücümlə çalışacam. `Qarabağ`a uğur qazanmaq üçün gəlmişəm.`Qarabağ` heyətində meydana çıxacağım günü səbirsizliklə gözləyirəm.`