QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ`ımızın daha 2 rəqibi
`Qarabağ`ımızın İyunun 22-dən etibarən Avstriyada təlim-məşq toplanışında olacağı məlumdur. Yeni mövsümə hazırlıq çərçivəsində baş tutacaq toplanış zamanı komandamızın İyunun 23-ü `Şaxtyor Donetsk`lə, 28-i `Krosnodar`la qarşılaşacağını xəbər vermişdik.  Komandamızın daha 2 sınaqçı rəqibi müəyyənləşib. İyulun 1-də komandamız Almaniya regional liqa təmsilçilərindən `SV Wacker Burghausen` ilə qarşılaşacaq. İyulun 4-də isə komandamız Çexiyanın `Viktoriya Pilzen` kollektivi ilə üz-üzə gələcək.