QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Gelaşvili ilə yollar ayrıldı

`Qarabağ`ımız Nikolas Gelaşviliylə yolları ayırıb. Bugün tərəflərin ortaq məxrəcə gəlməsiylə klubumuzla hələ 1 illik müqaviləsi olan gürcüstanlı forvardla saziş xitam edilib. 1 il əvvəl Almaniyanın `Bohum` klubundan transfer olunan 29 yaşlı forvard azad agent statusu alıb. Gürcüstan millisinin hücumçusu son olaraq öz fikirlərini saytımız vasitəsiylə ifadə edib:`Qarabağ` çox yaxşı komandadır.  Karyerama daha bir çempionluq əlavə etdim. Bu da hər zaman xoş xatirə kimi yaddaşımda qalacaq. Mənə dəstək verən hər kəsə öz təşəkkürümü bildirirəm. `Qarabağ`a Çempionlar Liqasında uğurlar arzulayıram.`

`Qarabağ` FK Nikolas Gelaşviliyə xidmətlərinə görə öz təşəkkürünü bildirir və karyerasında uğurlar arzulayır.