QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` Avstriyadadır

`Qarabağ`ımız artıq Avstriyadadır. 2013-2014 mövsümünün hazırlıqlarını davam etdirən komandamız bugün təlim-məşq toplanışı üçün Avstriyaya yollanıb.  `Qarabağ`ımız səhər saatlarında Bakı – İstanbul – Zalsburq reysiylə ölkəni tərk edib. Bakı vaxtıyla 18:00-da Zalsburqa çatan komandamız avtobusla Kössen qəsəbəsinə yollanıb. `Qarabağ` 19:00-da məskunlaşacağımız `Sonneck` otelinə çatıb.  Yeməkdən sonra komandamız istirahətə çəkilib.  Komandamızın məşqi isə 22:00-a təyin olunub.
`Qarabağ`ın rəsmi səhifəsi eyni zamanda  facebook səhifəmizdən (
www.facebook.com/fKqarabagh)  təlim-məşq toplanışında baş verənləri operativ şəkildə izləyə bilərsiz. Eyni zamanda KİV-i  maraqlandıran suallarla bağlı klubun mətbuat xidmətinə müraciət edə bilərsiz.

Əlaqə: 004368181273502