QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` ilk məşqinə çıxdı. Fotolar

`Qarabağ`ımız Avstriyada ilk məşqinə çıxdı. Bugün səhər ölkəni tərk edərək təlim-məşq toplanışına yollanan komandamız məskunlaşdığı otelə çatar-çatmaz ilk məşqinə çıxıb. `Sonneck` otelinin 200 metr aralıda yerləşən meydanasına komandamız  yerli vaxtla 19:00-da (Bakı vaxtıyla 22:00) yollandı. Öncə baş məşqçimiz Qurban Qurbanov futbolçular qarşısında qısaca çıxış etdi. Çalışdırıcımız hazırlıqdan maksimum yararlanmaq gərəkdiyini ifadə etdi.

Komandamızın hazırlığı təxminən 90 dəqiqə davam etdi. Öncə yüngül isinmə hərəkətlərinin ardından  3 qrupa bölünən komandamız `kvadrat` oynadı.  Ardınca 2 qrupa bölünən komanda fərqli sayda toxunuşlarla 2 tərəfli oyun keçirdi.  Sonda isə yüngül qaçışla məşq başa çatdı.

Məşqdə sadəcə zədəli Rəşad Sadıqov iştirak etmədi. Kapitan fizioterapaevt nəzarətində müəyyən təmrinlər yerinə yetirdi.


Qeyd edək ki, komandamız sabah Ukrayna çempionu `Şaxtyor`la yoxlama oyununa çıxacaq. Oyunun başlama saatı yerli vaxtla 16:00-a təyin olunub. Buna qədər isə komandamız səhər məşqinə çıxacaq. Komandamızın məşqi 10:30-a təyin olunub.

Komandamızın ilk məşqindən fotolar Fotolqalereya bölümündə...

http://qarabagh.com/1987/index.php?name=photoview&phid=532&lang=1