QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` 0-2 `Şaxtyor` | Fotolar

Az sonra `Qarabağ` - `Şaxtyor` oyunu başlayacaq.

Artıq start heyətlər məlumdur.
`Qarabağ`: 13. Şehiç, 25. Ansi Aqolli, 24. Admir Teli (k), 55. Bədavi Hüseynov, 5. Maksim Medvedyev, 2. Qara .Qarayev, 20. Riçard Almeyda, 70. Cumbinyo, 41. Leroy Corc, 11. Danilo Dias, 9. Reynaldo Silva

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Bilal Abbaszadə, 4. Quliyev, 18. İlqar Qurbanov, 10. Muarem Muarem, 21. Tural Rzayev, 23. Tural İskəndərov, 77. Cavid Tağıyev, 17. Vüqar Nadirov, 7. Namiq Yusifov, 22. Toğrul Bilalli

`Şaxtyor`: 12. Xudjamov, 91. Butko, 5. Kuçer, 44. Rakitski, 95. Sobol, 6. Stepanenko, 24. Qreçişkin, 77. İlsinyo, 50. Bolbat, 21. Qladkiy, 9. Luis Adriano (k)

Ehtiyat oyunçular: 32. Kanibolotyski, 4. Volovik, 13. Şevçuk, 14. Kobin, 38. Krivtsov, 18. Ordets, 3. Xyubşman, 19. Ferreyra, 37. Şinder

1` Oyun başladı.Uğurlar `Qarabağ`
6` Reynaldo qapıçı ilə qarşı- qarşıya qaldı, amma zərbəsini qapıçı asanlıqla dəf etdi.
11` Bərabər səviyyəli oyun gedir demək olarki.
15` Reynaldo qapıçını da keçərək qapı qarşısına ötürmə verdi, amma Dias topu yaxşı qarşılaya bilmədi.
21` İbrahim Sehiç əla qurtarışı ilə komandamızı qoldan xilas etdi.
27` `Şaxtyor` hesabı aça bilərdi, amma cərimə zərbəsindən ötürülən topu Luiz Adriano qapıya göndərə bilmədi.
31` Ansi Aqolli topu cərimə meydançasına tərəf göndərdi, amma \"Şaxtyor\" müdafiəsi Reynaldoya mane oldu.
39` Riçard Almeydanın ötürməsindən sonra Danilo Dias oyundan kənar vəziyyətə düşdü.
45` İlk hissə başa çatdı.İlk hissədən sonra hesab açılmayıb.
46` İkinci hissə başladı.
47` İkinci hissədə Qurban Qurbanov gənc oyunçulara oynamaq şansl verir beləki,
Fərhad Vəliyev, Tərlan Quliyev,
Cavid Tağıyev, Tural İsgəndərov, Tural Rzayev, Vüqar Nadirov, Hacı
Əhmədov, Namiq Yusifov, Muarem Muarem və İlqar Qurbanov oyuna buraxıldı.
51` Son 4 dəqiqə \"Şaxtyor\"un üstünlüyü ilə keçib, aramsız hücumlara baxmayaraq müdafiə xəttimiz inamlı oyun sərgiləyib.
59` Və qol, `Şaxtyor` hesabı açdı.Ferreyra topu qapımızdan keçirən oyunçu oldu.
66` Vüqar Nadirov əla oyun sərgiləyir amma topa nəzarəti itirdi.`Şaxtyor` yeni hücuma başladı.
69` Daha bir qol.Ferreyra özünün və komandasının 2-ci qolunu vurdu.
76` Luiz Adriano topu qapımızdan keçirdi, amma yan xətt hakimi oyundan kənar vəziyyət qeydə alaraq qolu hesaba almadı.
79` Ferreyra özünün və komandasının 3-cü qolunu vura bilərdi, amma zərbəsi qeyri-dəqiq oldu.
84` Şevçukun cərimə zərbəsindən ötürməsini Şinder qəbul etdi, amma zərbəsi qeyri-dəqiq oldu.
90` Oyun başa çatdı,və `Qarabağ` ilk yoxlama görüşündə məğlub oldu.`Qarabağ` 0-2 `Şaxtyor`

Oyundan maraqlı fotolar : http://qarabagh.com/1987/?name=photoview&phid=533&lang=1