QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Öncə fitnesdə, sonra meydançada
`Qarabağ`ımız Avstriyada hazırlıqlarını davam etdirir. Zalsburq şəhərindən 60 km aralıda yerləşən Kössen qəsəbəsində təlim-məşq toplanışını davam etdirən komandamızın proqramında bugün 2 məşq vardı.  Dünən `Şaxtyor`la qarşılaşan komandamız səhər çalışmasına yeri vaxtla 10:30-da (Bakı vaxtıyla 13:30)  yollandı.  Daha doğrusu oteli tərk etməyən komandamız  trenajor zalına hərəkət etdi. 2 qrup halında məşq edən komandamız ümumilikdə 90 dəqiqə ərzində salonda çalışdı.
Günün 2-ci məşqinə isə komandamız meydançaya yollandı. Yerli vaxtla 17:30-da məşqə başlayan komandamızın məşqi  saat yarım davam etdi.  İsinmə hərəkətlərinin ardından  toplu çalşmalar yerinə yetirildi. Kapitan Rəşad Sadıqov yenə də fizioterapevt nəzarətində çalışdı.
Sabaha komandamızın 1 məşqi nəzərdə tutulub. Komandamız meydançaya yerli vaxtla 10:30-da yollanacaq.