QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov `Valletta` haqqında . . .

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Maltanın `Valletta` klubu ilə qarşılaşacaq `Qarabağ`ımızın oyunöncəsi keçirdiyi son məşqindən sonra baş məşqçimiz, Qurban Qurbanovun verdiyi açıqlamanı oxucularımıza təqdim edirik.

`Rəqibimiz ötən mövsümün sonundan etibarən heyətində xeyli dəyişiklər etmişdir. Yaxşı oyunçular cəlb ediblər komandaya, yerli və gənc məşqçi vəzifəyə gəlib. Klubun prezidenti özü açıqlama verib ki, daha yaxşı komanda təşkil etmək istəyir. Gördüyü işlər, elədikləri transferlər də bu istəyi əks etdirir. Yeni transfer olunan oyunçular, Malta milli komandasından, Avstraliyadan, Portuqaliyadan, Yunanıstan liqasından transfer olunan futbolçulardır. Hər biri keyfiyyətli futbolçulardır. Keçən il Avropa liqasında yaxşı təcrübə qazanmış bir komandadır. Kimlərsə fikirləşə bilər ki, bizim üçün asan rəqibdir, lakin düşünürəm ki, bu səhv fikirdir. Çünki, rəqibimizin çox təcrübəli, nəticəyə oynaya biləcək futbolçuları çoxdur. Xüsusi ilə orta xətti vurğulamaq istəyirəm. Ayrıca, baş məşqçilərinin də yeni olmasını nəzərə alıb, ilk dəqiqələrdən rəqibin oyun üslubunu çözməyə və qapımızı toxunulmaz saxlamağa çalışacağıq. Və ardınca da çalışacağıq ki, oyunun kontrolunu ələ alaq.`

Nəticə barəsində verilən sualı Qurban Qurbanov, `minimal hesablı qələbə və ya bərabərlik hesab edirəm ki, pis nəticə olmaz` deyə cavablandırıb.