QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov: `Bakıda bizi çətin oyun gözləyir`

`Qarabağ`ımız Çempionlar Liqasının II təsnifat ərhələsində `Valletta` ilə qarşılaşdı. Oyunda komandamız Jumbinyonun 17-ci dəqiqəsində vurduğu qolla qalib gəldi. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyun sonrası fikirlərini bildirdi:` Gördüyünüz kimi asan oyun olmadı. Maltalılar 90 dəqiqə görsətdi ki, hər an qol vurmağa qadirdi. Bir neçə qol imkanımız olsa da, minimal hesablı qələbə qazandıq. Amma bu bizim növbəti mərhələyə keçməyimiz anlamına gəlmir. Bakıda maltalıların vuracağı qol hesabın bərabərləşməsi deməkdi. Artıq bu oyunu unudub cavab görüşünü fikirləşmək lazımdı. Bakıda bizi heç də asan olmayan oyun gözləyir. Oyuna gəlib, 3rəngli bayrağımızı tribunada açan azsaylı azarkeşlərimizə də verdiyi dəstəyə görə təşəkkür edirəm.