QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov : `Valletta asan rəqib deyil`

Qurban Qurbanov oyundan bir gün əvvəl keçirilən mətbuat konfıransında rəqib haqqında bunları dedi : `Rəqib artıq bizə tanışdır. ilk oyundan sonra hansı çatışmazlıqlarımız olduğunu gördük və çox səhvlərimiz oldu. Bu da normal haldır. İstər-istəməz ilk oyunda oyunçuların hazırlıq səviyyəsi yerində olmur və ilk oyun həyəcanı da öz sözünü dedi. Yaxşı nəticə ilə səfərdən dönmüşük, ancaq çox ciddi hazırlaşmışıq. Rəqib düşündüyümüzdən də güclüdür. Təcrübəli futbolçuları və yeni güclü transferləri var.`

Qeyd edək ki `Qarabağ`ımız sabah Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununa çıxacaq.Oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.