QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` - `Valletta` 4:0. Qələbə!!!

Bildiyiniz kimi bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları start götürəcək.Malta çempionu olan `Valletta` klubu ilə ilk görüşdə 0-1 hesablı qələbə ilə ayrılan Qurbanovun yetirmələri bu gün cavab oyuna çıxacaq.Görüş Bakı vaxtı ilə 21:30-da başlayacaq.Oyunu saytımızı və facebook səhifəmiz vasitəsilə canlı şərh edəcəyik. (www.fb.com/FKQarabagh)

 

Start heyətlər artıq məlumdur.

"Qarabağ": İbrahim Şehiç, Qara Qarayev, Admir Teli (k), Ansi Aqolli, Bədavi Hüseynov, Reynaldo, Danilo Dias, İlqar Qurbanov, Riçard Almeyda, Leroy Corc, Çumbinyo

“Valletta”:  Nikki Vella,  Conatan Karuana,  İan Atsopardi, Rayan Fenek (k),  Uqo Fariya,  Roderik Briffa,  Latif Elford-Alliyu,  Şon Bayada,  Abdelkarim Nafti,  İan Zammit,  Luk Dimek.

 

Hakimlər: Sergey Tsinkeviç, Yevgeni Ramanov, Vitali Malyutsin, Denis Şerbakov (hamısı Belarus).

 

I hissə 

1` Oyun başladı, uğurlar `Qarabağ`

10` `Valletta`nın aramsız hücumları bir məna vermir.

15` Qoooooooool...Reynaldoooooo ! `Qarabağ` hesabı açdı.

18` Reynaldo qapıçı ilə üzbəüz qaldı amma ona qarşı kobudluq edildi və rəqib müdəfiəçiyə qırmızı vərəqə göstərildi.

20` Çumbinyonun təhlükəli cərimə zərbəsi qapıdan aralı keçdi.

29` Rəqin 10 nəfərlə qalmasına baxmayaraq hücumlara davam edir.

31` Danilo Diasa qarşı cərimə meydançasında kobudluq oldu amma hakim davam işarəsi göstərdi.

36` Danilo Diasın cərimə meydançasına doğru ötürməsinin rəqib müdafiəçilər çətinliklədə olsun uzaqlaşdıra bildi.

43` `Valletta` klubunun nadir hücumlarından biri qapımıza zərbə ilə tamamlansada İbrahim Şehiç inamlı çıxışı ilə zərbənin qarşısını aldı.

45` İlk hissəyə 1 dəqiqə əlavə olundu.

45` İlkhissə başa çatdı,ilk hissədən sonra hesab 1-0 `Qarabağ`ın xeyirinədir.

 

II hissə 

46` İkinci hissə başladı.

46` Qurban Qurbanov ilk əvəzləmədən istifadə etdi,Reynaldonun əvəzinə Vüqar Nadirov meydana daxil oldu.

48` Qooooooooool ! `Qarabağ` ikinci qolu vurdu ! Vüqar Nadirovun ideal ötürməsini Çumbinyo gözəl qolla tamamladı.

57` Qooooooooool ! `Qarabağ` şou davam edir,İlqar Qurbanovun ideal ötürməsini Danilo Dias qola çevirdi.

70` `Qarabağ`ın aramsız hücumları davam edir,Danilo Dias bir neçə dəfə qol şansı əldə etsədə bundan yararlana bilməyib.

74` Riçard Almeydanın əvəzinə meydana Namiq Yusifov daxil oldu.

80` Qoooooool ! `Qarabağ` 4-cü qolu vurdu ! Qolun adı Leroy Corc !

83` Rəqibin daha bir oyunçusu qırmızı vərəq alaraq meydanı vaxtından əvvəl tərk etdi.

90` Oyun başa çatdı ! Təbriklər `Qarabağ`!

 

Qollar : Reynaldo 16`, Çumbinyo 49`, Danilo Dias 56`, Leroy Corc 81`