QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` - `Zalsburq` | Təyinatlar açıqlandı

Çempionlar Liqasının III təsnifat mərhələsində baş tutacaq `Qarabağ` (Azərbaycan) - `Zalsburq` (Avstriya) oyunun təyinatları açıqlanmışdır. Iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşü Ukrayna federasiyasından Sergey Boyko idarə edəcək. Boykoya Aleksandr Voytyuk və Oleq Pluznyuk yardım edəcək. 4-cü hakim funksiyasını Anatoli Abdula yerinə yetirəcək.

Oyunun UEFA nümayəndəsi Oğuz Sarvan (Türkiyə) hakim-inspektoru isə Kuanış Kanapyanovdu (Qazaxıstan).