QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Yenə də `Tvente`..

Çempionlar Liqasının III təsnifat mərhələsində  Avstriya çempionu `Zalsburq`a ümumi hesabda 3:2 məğlub olaraq mübarizəni dayandıran `Qarabağ`ımız Avropa Liqasının play-offunda iştirak edəcək.  Avqustun 21-i və 28-də baş tutacaq mərhələdə komandamızın 5 potensial rəqibi məlum olub:

 


Dinamo (Zaqreb, Xorvatiya)
Tvente (Hollandiya)
PAOK (Yunanıstan)
Rapid (Avstriya)
Trabzonspor (Türkiyə)

---

Artıq püşk atılıb. Komandamız Hollandiya çempionatının bürünc medalçıcı `Tvente` ilə qarşılaşacaq. 

İlk oyun Avqustun 21-i Bakıda baş tutacaq. Cavab görüşü isə 1 həftə sonra Ensxede şəhərində keçiriləcək.