QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov `Tvente` haqqında

`Qarabağ`ımız Avropa Liqasının play-off mərhələsində `Tvente` klubuyla qarşılaşacaq. Hollandiya təmsilçisi komandamız üçün yad sima deyil. Belə ki, 5 il öncə tərəflər eyni yarışın eyni mərhələsində üz-üzə gəlmişdilər. İlk oyunda Ensxede təmsilçisi 3:1 hesabıyla qalib gəlmiş Bakıdakı cavab oyununda isə hesab açılmamışdı.

`Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov saytımıza püşkü dəyərləndirib: `Tvente` bizə tanış komandadır. Zənnimcə, qarşılaşa biləcəyimiz komandalar arasında ən güclülərdəndir. Hal-hazırda çempionat oyunlarını fikirləşirik. Bu oyuna qədər maçlarımız var. Problemlərimiz olsa da `Tvente`yə  qarşı hazırlaşacağıq. Hələlik, rəqib komanda məlumat toplayacağıq. Ötən mövsüm çempionatda 3-cü yeri tutublar. Güclərinə şübhə etmək olmaz. Təbii ki, `Tvente` ilə qarşılaşmalar da meydana çıxıb ən yaxşı şəkildə çıxış etməyə çalışacağıq.`