QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Sumqayıt` 0-3 `Qarabağ`

Bildiyiniz kimi dünən Topaz Premyer Liqasının  2014-2015-ci il mövsümü start götürmüşdür.İlk turda `Qarabağ`ımız Sumqayıtın eyni adlı klubunun qonağı olacaq.Matç saat 20:00-da Kapital Bank Arenada baş tutacaq.

 

Start heyətimiz artıq məlumdur :

İbrahim Şehiç,Qara Qarayev,Tərlan Quliyev,Hacı Əhmədov,Namiq Yusifov,

Reynaldo,Muarem Muarem,Vüqar Nadirov,Admir Teli,Ansi Aqoli,Jumbinyo

 

I hissə 

1` Matç başladı,uğurlar `Qarabağ` !

5` Beş dəqiqə artıq geridə qalıb,hələlik hər iki komanda kəşfiyyat xarakterli oyuna üstünlük verir.

15` Komandamızın üstünlüyü olsada hələki bu üstünlüyü qola çevirə bilməyib.

19` İlqar Qurbanovun effektli zərbəsi qapıdan azca aralı keçdi.

23` Rəqib əks hücumda olsada İbrahim Şehiç daha cəld davranaraq qapısını tərk etdi və təhlükəni sovuşdurdu.

33` Qoooooool ! İlqar Qurbanovun ideal ötürməsini Reynaldo qolla tamamladı.

40` Reynaldo dubl etməyə yaxın olsada son anda top ayağına oturmadı.

44` `Sumqayıt` komandası Nodar Məmmədovla qola yaxın olsada zərbə dəqiq olmadı

45` İlk hissə başa çatdı,ilk hissədən sonra komandamız Reynaldonun 33-cü dəqiqədə vurduğu qolla hesabda öndədir.

 

II hissə

45` İkinci hissə başladı.

49` Sağ cinahdan komandamız əks hücuma keçsədə rəqib müdafiəçilər hücuma mane oldu.

55` İkinci yarı çox sürətli başlayıb.Hər iki qapı qarşısında real qol epizodları çoxalıb.

59` Muaremin əvəzinə meydana yeni trasnferimiz Namiq Ələsgərov daxil oldu.

60` Namiq Yusifovun əvəzinə meydana Riçard Almeyda daxil oldu. 

70` Jumbinyonun zərbəsi qapıdan aralı keçdi.

75` Vüqar Nadirovun əvəzinə meydana Cavid Tağıyev daxil oldu.

82` Qoooooool ! Yeni transferimiz Namiq Ələsgərov ikinci topu rəqib qapısından keçirdi.

85` Qoooooooooooooooooool ! Reynaldo hesabı 3-0 etdi !

90` Oyun başa çatdı.Komandamız çempionata qələbə ilə başladı !