QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Tvente` - `Qarabağ`. Təyinatlar

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Tvente" - "Qarabağ" matçının hakimləri müəyyənləşib.

Komandamızın avqustun 28-də "De Grolsch Veste"da baş tutacaq görüşü italiyalı hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Paolo Silvio MAZZOLENI olacaq. Ona həmyerliləri Lorenzo MANGANELLI  və Alessandro PETRELLA köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Sebastiano PERUZZO yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 28-də Hollandiyada keçiriləcək "Tvente" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk görüşdə 0-0 hesabı qeydə alınmışdır