QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` Hollandiyaya yollanır

`Qarabağ`ımız Hollandiyaya yollanır. Avropa Liqasının pley-off mərhələsində `Tvente` ilə qarşılaşacaq komandamız bugün adıçəkilən ölkəyə yollanır. Komandamız 15:00-da birbaşa reyslə hərəkət edəcək. Oyunun keçiriləcəyi Ensxede şəhərində hava limanı olmadığından komandamız həmin şəhərə ən yaxın hava limanı olan Almaniyanın Münster şəhərinə uçacaq.Münsterdən isə 1 saatlıq məsafədə olan Ensxede şəhərinə yollanılacaq.

 Komandamız sabah oyunun keçiriləcəyi stadionda və vaxtda sonuncu məşqinə çıxacaq.

Qeyd edək ki, `Tvente` - `Qarabağ` oyunu Avqustun 28-də saat 22:30-da baş tutacaq.