QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` oyuna hazırdı

`Qarabağ`ımız oyuna hazırdı. Avropa Liqasının play-off mərhələsində `Tvente`nin qonağı olacaq komandamız hazırlıqlarını tamamlayaraq oyun saatını gözləyir. Dünən oyunun keçiriləcəyi stadionda 1 saatlıq məşq edən komandamız bugün sonuncu çalışmayla hazırlıqları bitirib.

Komandamız bugün yerli vaxtla 11-də (Bakı vaxtıyla 14:00-da) məşqə çıxdı. Məşqimiz 1 saat davam etdi. Çalışmada Hollandiyaya aparılan 23 futbolçunun hamısı iştirak etdi.

Artıq oteldə olan komandamız oyun saatını gözləyir.

Qeyd edək ki, `Tvente`  - `Qarabağ` oyunu Bakı vaxtıyla 22:30-da start götürəcək.  Bakıda baş tutan ilk oyunda hesab açılmamışdı.