QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Komandamız 15 futbolçuyla

`Qarabağ`ımız hazırlıqlarını davam etdirir. Premyerliqanın V turunda AZAL-ın qonağı olacaq komandamız günə 1 məşqlə kifayətlənir.  Komandamız milli oyunlar səbəbindən tam heyətlə çalışa bilmir.  Komandamızda fərqli yığmalara gedən futbolçuların olması məşqlərin tam heyətlə baş tutmamasına səbəb olur. Belə də  komandamızın baş məşqçisi Qurban Qurbanov əvəzedici heyətdən də bir neçə futbolçunu əsas heyətdə məşqlərə çağırıb. Elçin İsmayılov, Seymur Abdullayev, Elnur Mustafayev, Elçin Rəhimli, Fuad Məmmədzadə əvəzedici heyətdən  əsas komandaya dəvət edilib.  Belədə komandamız ümumlikdə 15-16 futbolçunun iştirakıyla məşqlərini davam etdirir.