QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Hakimlər müəyyənləşdi

UEFA Avropa Liqasının qrup mərhələsində sentyabrın 18-də keçiriləcək "Qarabağ" - "Sent-Etyen" matçının hakimləri müəyyənləşib.

 Bu qarşılaşma şotlandiyalı hakimlər briqadasına tapşırılıb.

Görüşün baş hakimi Stiv Maklean olacaq. Ona Qavin Harris və Fransis Konnor köməklik edəcək. Alasdair Ross isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, "Qarabağ" - "Sent-Etyen" matçı sentabrın 18-i, saat 21:00-da başlayacaq.