QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` - `Sent-Etyen`: Oyunöncəsi mətbuat konfransı

Avroliqanın qrup mərhələsi çərçivəsində baş tutacaq `Qarabağ` - `Sent-Etyen` oyunöncəsi mətbuat konfranslarının vaxtı müəyyənləşmişdir. Sentyabrın 17-də 18:15-də `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov mətbuat nümayəndələrinin önünə çıxacaq.`Qarabağ`ımızın oyunöncəsi məşqi isə 18:45-də başlayacaq.

`Sent-Etyen`nin baş məşqçisi Christophe Galtier isə 19:30-da mətbuat konfransına çıxacaq. Fransızların məşqi isə 20:00-da start götürəcək.

Xatıradaq ki, `Qarabağ` - `Sent-Etyen` oyunu Sentyabrın 18-də 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.