QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` 0-0 `Sent-Etyen`

Bildiyiniz kimi bu gün AvroLiqanın qrup mərhələsinin ilk oyunları start götürəcək.`Qarabağ`ımız Fransa təmsilçisi `Sent-Etyen`i qəbul edəcək.Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.Oyunu saytımız və facebook səhifəmiz vasitəsilə canlı şərh edəcəyik. (www.fb.com/FKQarabagh

 Start heyətlər :

"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedyev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 10. Muarem Muarem, 20. Riçard Almeyda, 70. Çumbinyo, 41. Leroy Corc 
 
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 24. Admir Teli, 11. Danilo Dias, 7.Namiq Yusifov, 17.Vüqar Nadirov, 99. Namiq Ələskərov


"Sent Etyen": 16. Stefan Ruffier, 20. Conatan Brison, 23. Paul Baysse, 26. Mustafa Bayal Sall, 6. Jeremi Klement (k), 8. Benjamin Korqne, 10. Renaud Çohade, 19. Florentin Poqba, 7. Maks-Alain Qradel, 9. Mevlut Ərdinç, 22. Kevin Monnet-Paket

Ehtiyat oyunçular: 30. Jessi Moulin, 29. François Klerk, 32.Jerrold Nyemek, 18. Fabien Lemoine, 28. İsmail Diomande, 11. Yohan Mollo, 12. Allan Sent-Maksimin

 

1` Oyun başladı , uğurlar `Qarabağ` !

3` Şehiç inamlı çıxışı ilə komandamızı qoldan xilas etdi.

5` Bədavi Hüseynovun əla ötürməsinə Reynaldo çata bilmədi.

7` Jumbinyo əla keçidi ilə yadda qaldı.

12` Leroy Corcun cərimə meydançasına tərəf ötürməsini rəqib müdafiəçilər uzaqlaşdırdı.

13`Ansi Aqoli real qol şansını əldən verdi.

15` Reynaldo real qol ötürməsinə çatmadı təəsüflər olsunki.

16` Bədavi Hüseynov rəqib hücumçunun qarşını alaraq təhlükəni sovuşdurdu.

20` Oyunda ilk küncdən zərbəni `Sent-Etyen` yerinə yetirdi amma müdafəçilərimiz topu cərimə meydançasından asanlıqla uzaqlaşdırdılar.

25` Leroyun ideal ötürməsini Muarem dəyərləndirə bilmədi.

26` Oyunda ikinci küncdən zərbəni də rəqib yerinə yetirdi amma cərimə meydançasında Mustafa Bayal İbrahim Şehiçə qarşı kobud oynadığı üçün hakim oyunu saxladı.

30` Jumbinyo zədələnərək meydanı tərk etdi amma hələki Qurban Qurbanov onun əvəzinə meydana heç kəsi buraxmayıb.

31` Jumbinyo meydana qayıtdı.

36` Jumbinyo uzaq məsafədən qüvvətli zərbə endirdi amma Stefan Ruffier topu uzaqlaşdırdı.

40` Reynaldo real qol şansını əldən verdi.

43` Maksim Medvedev başla zərbə endirsədə top qapını üzərindən keçdi.

44` Jumbinyo yenidən zədələnərək meydanı tərk etdi.

45` İlk hissə başa çatdı,ilk hissədən sonra hesab açılmayıb.

 

II hissə

45` İkinci hissə başladı, uğurlar `Qarabağ` !

46` Vüqar Nadirov Jumbinyonun əvəzinə meydana daxil oldu.

46` Ansi Aqoli Rəşad Sadığovun ötürməsini qəbul edə bilmədi.

54` Stadionda Azərbaycan bayrağı dövr edir !

56` Reynaldo uzaq məsafədən uğursuz zərbə endirdi.

60` Maksimin ideal ötürməsini Reynaldo qola çevirə bilmədi.

63` Oyunda ilk sarı vərəqə `Sent-Etyen` klubunun oyunçusu Klementə göstərildi.

68`Reynaldoooooo,yenə qol yoxdur.

70` Komandamızın heyətində ikinci dəyişiklik baş tutdu,Leroy Corcun əvəzinə meydana Namiq Ələsgərov daxil oldu.

71` Maksim Medvedev əla hərəkətlərlə azarkeşlərin alqışını qazandı.

73` Rəqibin heyətində ilk əvəzləmə, Mevlüt Erdinç əvəzinə meydana Lemoine daxil oldu.

80` Komandamızın heyətində sonuncu əvəzetmə, Muarem Muremin əvəzinə meydana Danilo Dias daxil oldu.

85` Maksim Medvedev müdafiədə əla oyunu ilə yadda qalır bu dəqiqələrdə.

86` Rəqibin heyətində Cohadenin əvəzinə İsmail Diomande meydana daxil oldu.

90` Oyunun əsas vaxtı başa çatdı və 4 dəqiqə əlavə olundu.

90`+4` Oyun başa çatdı,qrup mərhələsinin ilk görüşündə `Qarabağ`ımız 1 xal ilə kifayətləndi.