QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` derbi üçün başladı

`Qarabağ`ımız məşqlərə başladı. Premyerliqanın VII turunda `Neftçi`ylə qarşılaşacaq komandamız hazırlıqlara start verdi. Komandamızın baş məşqçisi Qurban Qurbanov `Simurq`la baş tutan sonuncu oyundan sonra dünəni komanda üçün istirahət vermişdi. Belə də bugün yığışan komandamız Azərbaycan derbisi üçün hazırlaşacaq.

Bugünə komandamızın bir məşqi nəzərdə tutulub. Komandamız 18:30-da günün yeganə çalışmasına çıxacaq.

Qeyd edək ki, `Neftçi` - `Qarabağ` oyunu Sentybarın 27-si saat 16:00-da Bakıxanovda, İsmət Qayıbov adına stadionda baş tutacaq.