QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
İtaliyanın məşhur qəzeti `Qarabağ`dan yazdı

Dünyanın nüfuzlu nəşrlərindən olan İtaliyanın məşhur “La Qazzetta dello Sport” qəzeti bugünkü sayında “Qarabağ” haqqında böyük yazı hazırlayıb. Sərlövhəsi "Qarabağ" - ruhlar şəhərinin komandası" olan yazıda klubun təsisçisinin Adil Nadirov olduğunu bildirilib.

Ermənistanın Ağdamın böyük hisssəsini işğal etməsindən sonra “Qarabağ”ın ev oyunlarını Bakıda keçirdiyini yazan italiyalı jurnalistlər klubun doğma məkanda son matçını 1993-cü ilin mayın 9-da “Xəzər”ə qarşı keçirdiyini, qalib gəldikləri həmin matçda Müşfiq Hüseynovun qol vurduğunu, baş məşqçi Allahverdi Bağırovun müharibədə şəhid olduğunu bildiriblər. Həmçinin orada Aslan Kərimovun “Qarabağ”da hamıdan çox - 150 matç keçirməsi, hazırkı kapitan Rəşad Sadıqovun Türkiyədə oynaması, futbolsuz qalan vaxt basketbol çempionatında özünü sınadığı da qeyd olunan məlumatlar sırasındadır.

Mənbə: apasport.az