QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`İnter` 2-0 `Qarabağ`

Bildiyiniz kimi bu gün AvroLiqanın qrup mərhələsinin II tur oyunları start götürəcək.`Qarabağ`ımız İtaliya təmsilçisi `İnter`in qonağı olacaq.Görüş Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.Oyunu saytımız və facebook səhifəmiz vasitəsilə canlı şərh edəcəyik. (www.fb.com/FKQarabagh

 

"İnter": Karrizo, Xuan, Andreolli,Ranokkya (k), Naqatamo, Hernanes, Mvila, Kuzmanoviç,Dambrosio,  Quarin, İkardi

Ehtiyat oyunçular: Handanoviç, Vidiç, Mbaye, Medel, Obi, Osvaldo, Palasio

"Qarabağ": İbrahim Şehiç, Admir Teli, Ansi Aqolli, Bədavi Hüseynov, Namiq Yusifov (k), Riçard Almeyda, İlqar Qurbanov, Qara Qarayev, Leroy Corc, , Muarem Muarem, Reynaldo

Ehtiyat oyunçular:  Fərhad Vəliyev, Rəşad Sadıqov, Şəhriyar Əliyev, Cavid Tağıyev, Hacı Əhmədov,  Vüqar Nadirov, Namiq Ələsgərov

 

I hissə

1` Oyun başladı , Uğurlar `Qarabağ` !

3` Hər iki komanda kəşfiyyat xarakterli oyuna üstünlük verir ilk dəqiqələrdə.

9` Oyunda ilk küncdən zərbəni `Qarabağ` yerinə yetirdi amma rəqib müdafiəçilərin inamlı oyunu sayəsində təhlükə sovuşdu.

12` Reynaldo əla şans əldə etdi amma bu şansdan yararlana bilmədi.

17` `İnter` hesabı açdı,qolun müəllifi, Danilo Dambrosio.

20` Ranokkya komandasının 2-ci qolunu vura bilərdi amma zərbəsi qapıdan aralı keçdi.

25` Quarinin zərbəsi qapımızdan xeyli aralı keçdi.

27` Ibrahim Şehiç Hernandesin zərbəsini zərərsizləşdirdi.

30` Oyunda rəqibin açıq aşkar üstünlüyü hiss olunur,buna baxmayaraq komandamız hücum qurmağa çalışır.

34` Muaremin ideal ötürməsini Reynaldo qola çevirə bilmədi.

39` `Qarabağ`ımız topu özündə saxlamaqla oyunda nəzarəti ələ almağa çalışır.

40` Reynaldooooooooo real qol şansını boşa verdi.

45` İlk hissə başa çatdı, hesab 1-0 `İnter` öndədir.

II hissə

45` İkinci hissə başladı, uğurlar `Qarabağ !

48` `İnter` komandası topu küncdən zərbə ilə oyuna daxil etdi amma müdafiə xəttimiz inamlı oynayaraq topu uzaqlaşdıra bildi.

53` Komandamızın heyətində ilk dəyişiklik baş tutdu,Namiq Yusifovun əvəzinə meydana Vüqar Nadirov daxil oldu.

57` Şehiç daha bir qurtarışla yadda qaldı.

58` `İnter` komandasının heyətində ilk dəyişiklik baş tutdu.Kuzmanoviçin əvəzinə Medel meydana daxil oldu.

60` Komandamızın heyətində daha bir dəyişiklik baş tutdu.Leroy Corcun əvəzinə meydana Cavid Tağıyev daxil oldu.

62` `İnter` komandasının heyətində daha bir dəyişiklik baş tutdu.Quarinin əvəzinə Osvaldi meydana daxil oldu.

66` Riçard Almeydanın zərbəsi qapıdan xeyli aralı keçdi.

67` Qurban Qurbanov sonuncu dəyişiklikdən də istifadə etdi,İlqar Qurbanovun əvəzinə Rəşad Sadıqov meydana daxil oldu.

72` `İnter` komandasının baş məşqçisi Valter Mazzari də sonuncu əvəzləmədən istifadə etdi. Hernandesin əvəzinə meydana Joel Obi daxil oldu.

79` `İnter` komandasının 5 nömrəli oyunçusu Juan, kobud oyuna görə sarı vərəqə ilə cəzalandırıldı.

82` Ikardi komandasının 2-ci qolunu vura bilərdi amma zərbəsi qapıdan aralı keçdi.

83` Komandamız topu küncdən zərbə ilə oyuna daxil etdi amma rəqib müdafiəsi həçmişə olduğu kimi səhvsiz oyun sərgilədi.

85` İkardi bu dəfə qol şansını qaçırmayaraq hesabı 2-0 etdi.

90` Oyunun əsas vaxtına 5 dəqiqə əlavə olundu.

90`+5` Oyun başa çatdı.`İnter` 2-0 `Qarabağ`