QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` hazırlıqlarını davan etdirir

`Qarabağ`ımız hazırlıqlarını davam etdirir.  Milli oyunlar səbəbindən yaranmış fasiləyə əlaqədar olaraq komandamızda 3 günlük icazə başa çatıb. Komandamızda fərqli millilərə gedən futbolçularla yanaşı Danilo Dias və Jumbinyo zədə səbəbindən hazırlıqdan kənar düşüb. Belədə komandamızın baş məşqçisi Qurban Qurbanov `Qəbələ` ilə oyununun hazırlıqlarına əvəzedici heyətdən bir neçə futbolçunu da cəlb edib.

Qeyd edək ki, premyerliqanın VIII turunda baş tutacaq `Qarabağ` -`Qəbələ` oyunu Oktyabrın 18-i keçiriləcək.