QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Tarik Elyunussi ilə yollar ayrıldı

“Qarabağ”ımız 2017/18-ci illər mövsümün startında icarə əsasında heyətimizə qoşulan Tarik Elyunussiylə yollar ayrılıb. Futbolçu mövsümün sonuna qədər İsveçin AİK klubunda forma geyinəcək. Tarik Elyunussi “Qarabağ”ımızın heyətində 8 matçda iştirak edib. Futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edir, yeni klubunda uğurlar arzulayırıq. Xatırladaq ki, qış transfer pəncərəsində daha bir futbolçumuz: Elşən Abdullayev icarə əsasında “Zirə” komandasına keçib.