QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov: "Futbolçularımı təbrik edirəm"

Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə “Səbail”ə qalib gələn (1:0) “Qarabağ”ımızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“Futbolçularımı təbrik edirəm. Vacib 3 xal qazandıq. Azarkeşlərimizə təşəkkür edirəm. Samir Əliyev yaxşı komanda yaradıb. Bizim üçün çətin oldu. Çox nadir hallarda bu cür tempdə oyun izləyirik. Buqarşılaşmadan açığı həzz aldım. Rəqib çox hücuma keçirdi. Çox nadir hallarda bu qədər az topa sahib oluruq”.