QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“QARABAĞ” ANTALYADAN QƏLƏBƏSIZ QAYIDIR (APA, 19.01.2007)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Ağdamın “Qarabağ” klubu bu gün dördüncü sınaq matçında qüvvəsini sınayıb. Əvvəlki oyunlarda qələbəyə həsrət qalan komandamızın Zaporojye şəhərinin “Metallurq” klubu ilə görüşündə hesab açılmayıb. APA-nın məlumatına görə, ukraynalılarla görüşdən sonra baş məşqçi Rasim Kara rəqibdən üstün oynadıqlarını söyləyib: “Rəqib qapımız qarşısında bir dəfə real qol vəziyyəti yarada bilmədi. Bu, komandamız üçün müsbət haldır. Hücuma gəlincə, rəqibdən daha yaxşı oynadıq. İki qol vəziyyəti yaratsaq da, bunlarından istifadə edə bilmədik”. “Qarabağ” yanvarın 24-də Bakıya qayıdacaq. İki günlük fasilədən sonra komanda yenidən bir araya gəlib hazırlığını davam etdirəcək. /APA/