QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“QARABAĞ” QƏLƏBƏSIZ QAYITDI (FUTBOL+, 25.01.2007)
Hamıdan erkən-yanvarın 4-də təlim-məşq toplantısına Antalayaya yollanan bu gün səhər saatlarında vətənə dönüb. 20 günlük toplanış zamanı əvvəlcədən nəzərdə tutulduğu kimi , 4 yoxlama görüşü keçirən ağdamlılar qələbəyə həsrət qalsalarda , yeni baş məşqçi Rasim Kara demək olar ki, bütün futbolçuları sınaqdan keçirmək imkanı əldə edib. Xatırladaq ki, ilk oyunda Türkiyənin aşağı dəstə təmsilçisi “Bəylərbəyi” və “Ərzurumspor” hec-hecə edən (2:2) “ağ-göylər” superliqa təmsilçisi “Sivasspor”a böyükhesablı məğlubiyyətdən qaça bilməyib – 0:3. Zaporojye “Metallurq”unun əvəzedici heyətiylə oyundan da qələbə ilə ayrıla bilməyən “Qarabağ” bununla da hazırlıq matçlarına son qoyub. Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, futbolçulara ikigünlük istirahət verilib. Bundan sonra ikinci dövrənin hazırlığına başlayacaq “Qarabağ”ın yeni bir komandaya yoldaşlıq görüşü keçirməsi haqqında heç bir məlumat yoxdur. Karanın mövsümün sonuna qədərki matclarda əsasən gənclərə üstünlük verəcəyini və nəticədən çox keyfiyyətə üstünlük verəcəyini dilə gətirməsi “Qarabağ”ın məğlubiyytə baxmayarq heç nə ititrməyəcəyi qənaətinə gəlmək olar. Buna görə də transfer pəncərəsi bağlanana qədər komandaya yeni oyunçu gətirməsə, təəccüblənmərik. Heyət baxımından yeganə itki, müdafiəci Azər Məmmədovla bağlıdır. Toplanışın gedişi zamanı kiçik zədə problemi yaşayan Bojan İliç, Hüseyn İsgəndərov və Qoqa Bereyanın da sağlıq durumuyla bağlı heç bir problemim yoxdur.