QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Arif Əsədov Karaya təşəkkür etdi (01.02.2007, FUTBOL+)
(Səkkiz oyunçunu yığmaya buraxdığına görə) 19 yaşlılardan ibarət milli komnadamızın Avropa çempionatının seçmə mərhələsinə hazırlıq çərçivəsində növbəti təlim-məşq toplanışını Rusiyanın Krasnodar vilayətinin Krımsk şəhərində keçirəcək. Yeniyətmələr artıq dünən səhər ölkəni tərk edərək Rusiyaya yollanıb. Səfər ərəfəsində yığmanın baş məşqçisi Arif Əsədovla söhbətləşib toplanışa cəlb etdiyi heyətlə bağlı bəzi məqamlara aydınlıq gətirməyə çalışdıq. Baş məşqçi ilk növbədə “Qarabağ” rəsmilərinə, konkret komandanın çalışdırıcısı Rasim Karaya təşəkkürünü bildirdi: “Məlum olduğu kimi, ağdamlıların 6 oyunçusu əsas milliyə cəlb olunub. Səkkiz nəfəri – Osman Umarov, MaksimMedvedev, Timur və İsabala İsrafilovlar, Taqim Noruzov, Rza Qafarlı, Fərid Haqverdiyev və Rauf Əliyevi də mən dəvət etdim. İkinci dövrəyə hazırlığın qızğın vaxtında baş məşqçini bu qədər futbolçudan məhrum etmək həqiqətən də çətin vəziyyət yaradır. Heyəti açıqlamadan öncə Karayla bu mövzuda söhbətim oldu. “Söhbət yığmadan gedirsə, heç vaxt problem yaratmaram.Hamımız ilk növbədə yığmanın uğruna çalışmalıyıq” deyərək yetirmələrini buraxmağa ürəkdən razılaşdı” Arif bəy Şahin Diniyev kimi əsas üstünlüyü “Qarabağ”ın oyunçulara verməsini belə əsaslandırdı.”Bu dəfəki heyətdə yalnız Rauf Əliyevi yeni adlandıra bilərsiniz. Onu Antalya toplanışında izlərkən bəyəndim. Qalan yeddi oyunşu usə daha əvvəl təlim-məşq toplanışlarına dəvət etdiklərimdir. İndi mən nə edim ki, Timur, İsabala, Osman və Taqim “Qarabağ”a keçib. Ona qalsa, bu oyunçular “Şahdağ”da forma geyəndə yığmada Qusar təmsilçisiləri daha cox idi”