QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
NODAR MƏMƏDOV MƏŞQLƏRƏ BAŞLADI (FANAT, 04.03.2007)
Azərbaycan millisinin gənc üzvlərindən biri “Qarabağ”ın futbolçusu Nodar Məmmədov artıq məşqlərə başlayıb. Suçiçəyi xəstəliyinə tutulduğu üçün bu dəfə yığmaya dəvət almayan prespektivli futbolçu təəssüfləndiyini bildirdi: ”Çox təəssüflər olsun ki, xəstəliyə görə milliyə qoşula bilmədim. Ayın 18-dən 28-nə kimi məşq etməmişəm. Ona görədə Şahin müəllim məni haqlı olaraq çağırmadı. Düzdür, şəxsən özü ilə danışmasam da, yəqin ki, klubla onun arasında hansısa söhbətlər olub. Artıq hazıram. Üç gündür məşqlərə başlamışam. Yaxşı olacaq, inşallah”.