QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Kubok oyunları sensasiyasız ötüşdü (çempion, 15.09.2006)
Sentyabrın 11-13 aralığında ölkə kubokunun 1/16 final mərhələsinin ilk oyunları keçirildi. Yalnız bir qaşılaşma baş tutmadı. “Göyəzən” ölkə kubokundan imtina etdiyi üçün “Masallı” birbaşa 1/8 finalda oynamaq hüququ qazandı. Qalan oyunların əksəriyyəti məhz gözlənilən sonluqla yekunlaşıb. Güclülər dəstəsində çıxış edən 13 komandadan 12-si ilk matçda qələbə cavab oyunlarını formallığa çevirdi. Yalnız “Karvan” heç-heçə etdi ki, Yunis Hüseynovun yetirmələrinin Yevlaxda rəqibini keçərək növbəti mərhələyə çıxacağı gözlənilir. Digər iki matçda isə birinci dəstə təmsilçilərindən “MKT-Araz-2” və “Bakılı” qələbə qazandılar. Bu mərhələdə bir neçə maraqlı fakt da baş verdi. Xorxe Dias pokerə imza atdı. Nə az, nə çox, düz 10 futbolçu dubla imza atıb. Bu mərhələdə 5 penalti təyin edilib və bir avtoqol qeydə alınıb. Vurulan 56 qoldan 16-sı legionerlərin payındadır. Darko Yovandiç və Mihay İoneskunun iki gün ərzində həm “Bakı”nın, həm də “Bakı-2”nin heyətində çıxış etməsi diqqəti çəkən amillərdəndir. Hazırda kubokun bombardiri “Qarabağ-2”dən Əfran İsmayılovdur - 5 qol. “Xəzər-Lənkəran”dan Xorxe Dias ondan bir qol az vurub. Onu da qeyd edək ki, cavab matçları oktyabrın 16-17-də keçiriləcək. 11 sentyabr ”Xəzər-Lənkəran-2” - “Olimpik” 0:2 (Yovan Drobnyak, 71; Xaqani Məmmədov, 75) ”Xəzər-Lənkəran” - “Göyçə” 9:0 (Robert İlyeş, 12; Mahmud Qurbanov, 38; 51; Rəşad Abdullayev, 47; Dias, 49; 66; 73; 88; Vüqar Nadirov, 75) ”Simurq” - “Arsenal” 5:1 (Sergey Rujitski, 2; 43 (pen.); Sergey Seleznyov, 10 (pen.); 43 (pen.); Taqim Novruzov, 20 - Siyavuş Fətullayev, 83) ”Xocavənd” - “MKT-Araz” 0:1 (Dmitri Parxomenko, 83) ”Rote Fahne” - “Bakı” 2:4 (Yasin Abbasov, 62; 68 - Leandro Qomeş, 4; 6; Ramazan Abbasov, 44; Fərid Quliyev, 90+2) ”Neftçi-2” - “İnter” 1:4 (Fuad Əzimov, 77 - Zaur Həşimov, 7; Elşən Məmmədov, 45+1; Samir Əliyev, 52; 56) 12 sentyabr ”Karvan-2” - “Gənclərbirliyi” 0:3 (Əhməd Qhanen, 14; Samir Quliyev, 49; İssa Nikema, 75) ”Şahdağ” (Quba) - “Gilan” 2:5 (Zaur Əliyev, 9; Aslan Hüseynov, 38 - Samir Zərgərov, 6 (pen.); Oleq Osadçi, 16; Rövşən Vəliyev, 56; Vüsal Qarayev, 57; 76) ”Ədliyyə” - “Şahdağ” (Qusar) 0:1 (Əhməd Ticani, 79) MOİK - “Qarabağ” 0:2 (Kənan Kərimov, 22; 63) ”ABN-Bərdə” - “Karvan” 1:1 (Kənan Hacıyev, 80 - Cavad Mirzəyev, 69) ”Qaradağ” - “Turan” 0:5 (Vikter İbekoyi, 30; 56; Hafiz Əliyev, 43; 60; Vüqar Fərhadov, 67) ”Bakı-2” - “Neftçi” 0:3 (Aqil Məmmədov, 4; Elçin Rəhmanov, 85; Branimir Subaşiç, 90+2) 13 sentyabr ”MKT-Araz-2” - “Energetik” 3:0 (Rafael Atakişiyev, 17; Samir Babayev, 21; Gündüz Səlimov, 81 (avtoqol)) ”Qarabağ-2” - “Bakılı” 0:1 (Təhmuraz Rzayev, 54 (pen.))