QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"QARABAĞ" SURAXANIDA QALIR ( HET TRİK, 27.09.2006)
"Qarabağ" - "Simurq" görüşündən (1:1) sonra meydan sahiblərinin baş məşqçisi Böyükağa Ağayev açıqlamasında bildirmişdir ki, arenanın qazonu onların oynamasına maneçilik törədib. Dağıdıcı oyun nümayiş etdirən zaqatalılar da, gözlənilməz nəticə qazanmalarında bərbad vəziyyətdə olan ot örtüyünün işlərinə yaradığını etiraf etmişdir. Bundan sonra ağdamlıların müvəqqəti olaraq Suraxanı stadionunda oynamaqdan imtina edəcəyi söylənilirdi. Lakin dünən klubun mətbuat xitmətinin rəhbəri Asif Əsgərovdan öyrəndik ki, bunlar həqiqətə uyğun deyil. Bəli, klub rəhbərliyi stadionun ot örtüyünü dəyişdirmək qərarına gəlib və arena qarşıdakı günlər ərzində komandaların üzünə bağlı olacaq. Amma "Qarabağ" heç də doğma meydanda rəqiblərini qəbul etməkdə problem yaratmayacaq. Çünki klub burada növbəti görüşünü yalnız 20 gün sonra keçirəcək ki, bu müddətdə işlərin yekunlaşması nəzərdə tutulub.