QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"QARABAĞ" İRƏLİLƏDİ, "KARVAN" GERİLƏDİ (ayna, 04.10.2006)
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (IFFNS) yeni reytinq cədvəli açıqlanıb. Siyahıda əvvəlkitək 350 klubun adına rast gəlinir. Reytinqdə Superkubok matçında Çempionlar Liqasının qalibi "Barselona"nı məğlub edən UEFA Kubokunun sahibi "Sevilya" birinci pilləyə yüksəlib. Siyahıda futbol həvəskarlarımızı daha çox maraqlandıran komandalarımızın hansı mövqedə olmasıdır. Əvvəlki ayla müqayisədə 11 pillə geriləyən milli çempionatın gümüş mükafatçısı və qitə miqyaslı yarışda mərhələ adlayan "Karvan" 94 xalla 159-cu yeri tutur. Azərbaycan Kubokunun sahibi "Qarabağ" reytinqdə 5 pillə irəliləyib. Hesabında 68 xal olan Ağdam klubu 292-ci yerdən 287-yə qalxıb. İlk "onluq"da yer alan komandalar bunlardır: 1 (2). "Sevilya" (İspaniya) - 287 xal 2 (1). "Barselona" (İspaniya) - 281 3 (5). "Milan" (İtaliya) - 271 4 (7). "Liverpul" (İngiltərə) - 269 5 (8). "Arsenal" (İngiltərə) - 262 5 (6). "Olimpik" M. (Fransa) - 262 7 (12). "Rapid" Bx (Rumıniya) - 250 8 (9). "Roma" (İtaliya) - 245 9 (11). "Lion" (Fransa) - 244 9 (3). "İnter" (İtaliya) - 244