QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Azərbaycan yığmasının müdafiəçisi Serqey Sokolovun qanında istifadəsi qadağan olunan dərman preparatı tapılıb (APA, 20.11.2006)
Avropa Futbol Federasiyaları Assosiasiyası (UEFA) Azərbaycan yığmasının müdafiəçisi Serqey Sokolovu uzun müddətə cəzalandırıla bilər. Buna səbəb futbolçunun qanında istifadəsi qadağan olunan dərman preparatının aşkarlanmasıdır. APA-nın məlumatına görə, oktyabrın 11-də Belçika ilə səfər oyunundan sonra S. Sokolovun qanından götürülən analiz müsbət nəticə verdiyindən UEFA bu haqda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) məlumat verib. Məlumatı AFFA-nın baş katibi Fuad Əsədov təsdiqləyib. Onun sözlərinə görə, artıq AFFA da öz növbəsində futbolçunun qəbul etdiyi həblərlə bağlı UEFA-ya sənəd göndərilib: “Bəli, həqiqətən də belə bir şey var. UEFA bizə göndərdiyi sənəddə Sokolovun qanında istifadəsi qadağan olunan dərman preparatının aşkarlandığını qeyd edib və bununla bağlı araşdırma aparılmasını təklif edib. Biz də öz növbəmizdə müalicə olunan zaman futbolçunun qəbul etdiyi dərmanların siyahısını göndərmişik. İndi cavab gözləyirik”. /APA/