QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
SAMİR MUSAYEV "ORUC"UNU POZMAQ İSTƏYİR (üç nöqtə, 25.11.2006)
"Qarabağ" çempionatın növbəti turu çərçivəsində "İnter"lə oyunun hazırlığını davam etdirir. Gündə bir dəfə Suraxanı qəsəbə stadionunda məşq keçən komanda uğursuzluq seriyasını qırmaq niyyətindədir. Amma heyətlə bağlı problemlər qalmaqdadır. "Neftçi"ylə görüşdə qırmızı vərəqə alan Aslan Kərimov yoldaşlarına kömək edə bilməyəcək. Əvəzində Samir Musayevin cəzası başa çatıb və əsas qol ümidi kimi meydana çıxacağı gözlənilir. Kollektivin son durumu barədə baş məşqçi Böyükağa Ağayev fikirlərini bildirib":: ""Karvan"la oyunda baş verənlərdən sonra futbolçularımda psixoloji gərginlik var idi. Bunu aradan qaldırmağa çalışsaq da, kubokda çatışmazlıqlar özünü qabarıq da olmasa biruzə verdi. Lakin indi tam fərqli atmosferin olduğunu düşünürəm. Futbolçularım arasında yüksək əhval-ruhiyyə hökm sürür". Məşqçilərdən Yaşar Hüseynovun klubun internet saytına verdiyi açıqlamada deyib":: "Udmalıyıq. Uşaqlar bunu başa düşürlər. Hərdən kənar təsirlər futbolçuların psixoloji durumuna təsir edir. İnanıram ki, "Qarabağ" futbolçuları rəqibə heç bir şans verməyəcək". Ağayevin digər köməkçisi Səttar Əliyev bildirib ki, oyun öncəsi intuisiyam həmin oyunun nəticəsini görməyə imkan verir. "Qarşıdakı oyuna nikbin baxıram, üç xal qazanacağımıza inam böyükdür. Kubokun cavab oyununa yüksək əhval-ruhiyyədə hazırlaşmaq üçün bu oyun tramplin rolunu oynamalıdır". Futbolçular qarşıdakı oyun barədə":: Azər Məmmədov":: "İnşallah, Allahın köməkliyi ilə qarşılaşmadan qalib ayrılacağıq. Başqa hər hansı bir nəticədən söhbət gedə bilməz!" Romal Hüseynov":: "Son oyunlarda bəxtsizlik özünü göstərir. Yaratdığımız yüz faizli qol imkanlarından yararlanmayıb, gözlənilməz qollar buraxırıq. Bütün bu tilsimi bu oyunda qırmalıyıq". Elmir Xankişiyev":: "Heç-heçələrlə turnir vəziyyətimizi bir qədər pisləşdirmişik. Qələbə bizə hava-su kimi lazımdır və hamımız bunu başa düşürük". Samir Musayev":: "Qol vurmalıyam, başqa yol yoxdur. Hücumçu qol vurmalıdır ki, komanda qələbə uğrunda mübarizə aparsın. İnanıram ki, mənim qolumun və müdafiə xəttinin etibarlı oyununun nəticəsində "Qarabağ" uğursuzluq zolağından yaxa qurtaracaq".