QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
UEFA Sergey Sokolovu diskvalifikasiya etdi (525-ci qəzet, 24.11.2006)
Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) Nizam-İntizam Komitəsi Azərbaycan yığmasının və "Qarabağ" klubunun müdafiəçisi Serqey Sokolovu diskvalifikasiya edib. Cəzanın müddəti ilə bağlı son qərar isə dekabrın 7-də çıxarılacaq. Bu barədə APA-ya UEFA mətbuat xidmətinin rəhbəri Uilyam Qalyard məlumat verib. Onun sözlərinə görə, UEFA eyni zamanda yığmamızın müdafiəçisinin qanında istifadəsi qadağan olunan betametazon preparatının tapılması ilə bağlı Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına (FİFA) məlumat verib. Bundan başqa, UEFA FİFA-ya müraciət edərək S.Sokolovun dünya çempionatının seçmə mərhələsinin bütün oyunlarına buraxılmaması barədə qərar verməsini xahiş edib. Xatırladaq ki, oktyabrın 11-də Avropa çempionatının seçmə qrup mərhələsində Belçika ilə oyundan sonra Ümumdünya Antidopinq Agentliyi yığmamızın iki üzvü - İlqar Qurbanovla Sergey Sokolovun qanından analiz götürüb. Sergey Sokolovun qan analizi müsbət nəticə verib, İlqar Qurbanovun qanında isə istifadəsi qadağan olunan dərman preparatının izləri aşkarlanmayıb.