QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Azarkeşlər "Qarabağ"dan uğur gözləyir (üç nöqtə,20.12.2006)
"Qarabağ"ın rəsmi internet saytı azarkeşlər arasında sorğu keçirib. Fanatlardan komandanın ilk dövrədə göstərdiyi oyuna görə mövsümü hansı pillədə başa vuracağı soruşulub. Səsverməyə qatılanlar "Qarabağ"ın mövcud vəziyyətinə həssaslıqla yanaşıblar. Respondentlərin böyük əksəriyyəti kollektivin "ilk beşliy"ə iddialı olacağını fikirləşir. İştirakçıların 38 faizi "Qarabağ"ın bu vəzifənin öhdəsindən gələcəyinə əmindir. Maraqlıdır ki, onların 27 faizi komandanın son oyunlarda uğursuz çıxışına baxmayaraq, çempionluq uğrunda yarışı davam etdirəcəyini düşünür. Ağdam təmsilçisinin ikinci pilləni tutacağını planlaşdıranlar 5 faiz təşkil edib. "Qarabağ"ın bürünc medallara sahib olmaq şansını real qiymətləndirənlər isə 6 faiz təşkil edib. "Qarabağ"ın turnir cədvəlində sonrakı yerlərdən birini tutacağını düşünənlər isə 22 faiz respodentdir. Sayt azarkeşlər arasında daha bir sorğu keçirməyə hazırlaşır. Belə ki, sorğu ilk dövrədən sonra komandanın 9-cu yerdə qərarlaşmasının səbəblər ilə bağlı olacaq.