QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
ELŞAD XUDADATOV: “HƏLƏ IKINCI MƏŞQCI IŞLƏMƏK ISTƏYIRƏM” (çempion, 22.12.2006)
Rasim Kara “Qarabağ”ın baş məşqcisi təyin ediləndən sonra klubda dəyişikliklər gözlənilirdi. Bu yeniliklərin ilki isə köməkci məşqcilərin dəyişməsi ilə başladı. Buna qədər Böyükağa Ağayevin yardımçısı işləyən Səttar Əliyev və Yaşar Hüseynov “Qarabağ-2”yə kecdilər. Amma onlardan fərqli olaraq bəxt ehtiyat komandanı calışdıran Elşad Xudadatovun üzünə güldü. Rasim Karanın köməkcisi təyin edilən Xudadatov özü ilə bir yerdə 8 futbolcunu da heyətə cağırdı. - Elşad bəy, “Qarabağ-2”ni tərk etmək sizə cətin gəlmədiki? - Xeyr. Rəhbərlik məsləhət bildiki, komandanı dəyişim. Mənim ücün “Qarabağ” ın hansı komandasında işləməyin fərqi yoxdur. Əsas odu ki, uğur qazanaq. - Nəyə görə Rasim Kara məhz sizə üstünlük verdi? - Bilirsiniz, türkiyəli mütəxəssis gələn kimi ehtiyat komandadan bir məşqci ilə işləmək istədiyini dedi. Mənimlə də oturub söhbət etdi. Onunla görüşdükdən sonra burda işləmək təklifi ilə razılaşdım. Mənim ücün fəxrdir ki., belə təcrübəli mütəxəssislə işləyəcəm. - Komandanın gəncləşdirilməsini sizmi təklif etdiniz? - Xeyr. - Bəs 8 gənc futbolcunu kimdəvət etdi? - Sadəcə olaraq, Rasim Kara əsas komandaya gənclərin dəvət olunmasını istədi. Mən də 8 belə perspektivli uşağı ona göstərdim. Onların hər biri “Qarabağ”a xeyir verə biləcək futbolçulardır. - Elşad müəllim Rasim Karaya xeyir verə biləcəkmi? - Onu deyə biləmərəm. Bu sualı Karanın özünə verin. İndi bütün fikrim işləməkdir. Qalan şeyləri zaman göstərəcək.