QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
SAMIRLƏ ROMAL ANTALYAYA GEDƏCƏKMI? (FUTBOL+, 25.12.2006)
“Qarabağ” “Sivasspor” və “Gənclər”lə bir oteldə qalacaq Rasim Karanın xeyli dəyişən “Qarabağ”ın yanvarın 4-də təlim-məşq toplanışı kecmək ücün Antalyaya gedəcəyini xəbər vermişdik. Ağdamlılar məşhur kurort şəhərində beşulduzlu “Salent Resort” otelində məskunlaşacaq. Qeyd edək ki, bu oteldə superliqa təmsilciləri “Sivasspor”la “Gənclərbirliyi”nin, eyni zamanda Rusiyanın 4-5 klubunun da qonaq olacağı gözlənilir. Kara Antalyada olduqları müddətdə yeni komandasını 5-6 yoxlama matcında sınamaq niyyətindədi. Amma hələki, “Qarabağ”ın rəqibi olacaq komandaların adına aydınlıq gəlməyib. Hələ bir müddət əvvəl Samir Musayevin “Qarabağ”ı “İnter”ə dəyişəcəyi haqda söz-söhbət gəzirdi. Əldə etdiyimiz məlumata görə, millinin də formasını geyən forvardın paytaxt klubuna kecidi hələ də gündəmdədi. Samirin “İnter”ə keçidinə Kara da etiraz etmir. Sadəçə, “Qarabağ” rəhbərliyi Musayevin keçidi müqabilində “İnter”in onlara müəyyən məbləğdə para ödəməsini istəyir. Elə keçidi düyünə salan da budu. Hər halda, yanvarın 4-də Samirin “Qarabağ”la Antalyayya yollanması sual altındadı. Ağdamlıların digər aparıcı üzvü Romal Hüseynovun da komandadan ayrılmaq istədiyi məlum idi. Hüseynov ikinci dövrədən “Bakı”nın formasını daşımağa daha yaxındı. Kara bu futbolçunun da özü istədiyi üçün paytaxt klubuna kecməsinin əleyhinə deyil. Amma hələlik Samir kimi Romalın da çempionatın ikinci dövrəsində hansı cəbhədə olacağı tam dəqiqləşməyib. Bu üzdən Hüseynovun da Antalyaya gedəcək heyətdə olacağı istisna edilmir. Xatırladaq ki, “Qarabağ”ın Türkiyə toplanışı 20 gün çəkəcək.