QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
BEREYALAR “QARABAĞ”DA QALASI OLDU (Futbol+qol, 26.12.2006)
...Rasim Karanın “Qarabağ”da calışmağa başladığı ilk gündə kecirdiyi mətbuat konfransında bəzi maraqlı acıqlamalar vermişdi. Onlardan biridə məhz transfer siyasəti ilə bağlı idi. Məsələn, türkiyəli çalışdırıcı bildirmişdi ki, tezliklə legionerlər və yerlilərin bir çoxu yola salınacaq. Onların arasında Sergey Sokolov və İrakli Bereyanın da adı cəkilirdi. Kara fikrini onunla izah etmişdiki, Sergey dopinqə “ilişib” və cəzalanacağı mütləqdir. Odur ki, istər-istəməz artıq oyuncuya çevriləcək ki, bu da komandaya “yük” deməkdir. İrakli isə uzun müddətdir zədədən əziyyət çəkir. Təxminən 10 ay əvvəl sıradan cıxan gürcü 2 dəfə ayağından cərrahiyyə əməliyyatı keçirsə də, hələ ki özünə gəlməyib. Türkiyəli həkim Mehmet Binnət hücumçunun azı yaya qədər istirahət etməli olduğunu bildirib. Qardaşı Qoqa isə ikinci dövrə də meydana çıxmalıdır. 6 ay əvvəl xəsarət alan yarımmüdafiəçi artıq sağalmaq üzrədir və komandasıyla birgə Antalyaya gedəcək. Kara mətbuat konfransında demişdi ki, Qoqanın taleyinə də bu zaman aydınlıq gələcək. Yəni adı cəkilən oyuncunun da klubdan göndərilmə ehtimalı var. Bəli, bunlar Rasim hocanın söylədiklərinin ümumi mənzərəsidir. “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəldən isə fərqli sözlər eşitdik. Klub rəsmisi deyir ki, Sokolov transferə çıxarılmayacaq. Müdafiəcinin milliləşdiyini və yığmada çıxış etdiyini nəzərə alan rəhbərlik Seryoja barədə yaxşı fikirdədir: “Sokolov xeyir verən futbolcudur”. Onun kimi Qoqa və İraklini qovulmaq təhlükəsi gözləmir. Çəlikəl: “Güman edirik ki, Qoqa tezliklə ayağa qalxacaq. İrakli isə yayda komandaya qoşulacaq. Hər ikisinin bizimlə müqaviləsi var. Onlarla yolumuzu davam etdirəcəyik”. Baş direktorun bildirdiyinə görə, 2 oyunçu “Qarabağ”dan getmək istədiyini bildirib. Romal Hüseynov və Samir Musayev ikinci dövrəni başqa komandada keçirmək istəyir. Rəhbərlik də onlara icazə varib ki, hara istəsiz ora gedə bilərsiz. Bunu rəsmiləşməsi ücün yalnız həmin komandanın “Qarabağ”ın istədiyi pulu ödəməsi lazımdır. Çəlikəl konkret rəqəm deməsə də , söylədi ki, münasib qiymət qarşılığında Romal və Samirlə vidalaşmağa hazırdır. Lakin hələlik heç bir klub Ağdam təmsilçisiylə görüşmələrə başlamayıb.