QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“QARABAĞ” “SIVASSPOR”LA QARŞILAŞACAQ (Futbol+, 09.10.2007)
Təlim-məşq toplanışı keçmək üçün xaricə hamıdan tez üz tutan “Qarabağ” Antalyada hazırlığını sürdürməkdədir. Ağdamlıların sabah ilk yoxlama matçına çıxacağını xəbər vermişdik. Böyük ehtimalla Rasim Kara yeni komandasını Türkiyənin ikinci liqa təmsilçisi “Bəylərbəyi” ilə matçda ilk dəfə sınaqdan keçirəcək. Növbəti oyun yanvarın 13-də “Ərzurumspor”la, üçüncünü isə 15-də “Sivasspor”a qarşı olacaq. Hazırda Karanın sərəncamındakı futbolçuların sayının 20-dən çox olduğunu da vurğulayaq. “Qarabağ”la birgə Antalyada olan direktor Əmrah Çəlikəl bu gün Bakıya qayıdır ki, qəzetimizin növbəti sayında onunla komandanın hazırki durumuyla bağlı söhbət etməyə çalışacağıq.