QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“QARABAĞ” 9 GƏNC FUTBOLÇUNU SINAYIR (FUTBOL DÜNYASI, 16.01.2007)
Klub “Sivasspor”a uduzdu Bir vaxtlar gənc istedadları ortalığa çıxarması “Türkiyədən “Qarabağ”a dəvət edilmiş tanınmış uşaq məşqçisi Sərpil Tüzünün ölkəmizi çox tez bir zamanda tərk etməsinə baxmayaraq, onun qısa müddətdə gördüyü iş öz bəhrəsini verməkdədir. Belə ki, hazırda Antalyada çempionatın ikinci dövrəsinin hazırlığını davam etdirən Ağdam klubu həmin dövrdə seçilmiş 9 futbolçunu sınaqdan keçirir. Təsadüfi deyil ki, komandanın yeni baş məşqçisi Rasim Kara da indiyə kimi keçirilmiş sınaq matçlarında onların hər birinə özünü göstərmək üçün şans verib. Klubun rəsmi internet saytının yaydığı xəbərə görə, gənclər göstərdikləri oyuna görə Karanın diqqətini cəlb edə biliblər. Hazırda sınaqdan keçirilən 9 futbolçu Anar Səlimov (qapıçı, 1988), Maksim Medvedev (müdafiəçi, 1989), Şahin Xasaylı (müdafiəçi, 1988), Əfran İsmayılov (tarımmüdafiəçi, 1988), Mehran Əliyev, (yarımmüdafiəçi, 1987), Emin Mustafayev (yarımmüdafiəçi, 1990), Fərid Haqverdiyev, (yarımmüdafiəçi, 1989), Rauf Əliyev (hücumçu, 1989) və Rza Qafarlıdır (hücumçu, 1988). Dünən “Qarabağ” üçüncü yoxlama görüşünü “Sivasspor”a qarşı keçirib. Hər hissədə müxtəlif heyətləri meydana çıxan təmsilçimiz oyunda 0:3 hesabı ilə məğlub olub.